Moskvanın “Şeremetyevo” aeroportundan Bangkoka yola düşən təyyarə təcili geri qayıtmalı olub.
Eurasia Diary Qafqazinfo-a istinadən xəbər verir ki, buna səbəb təyyarənin ön şüşəsində çatın aşkarlanmağı olub.
Təyyarə Qazaxıstanın hava məkanına daxil olarkən ekipaj ön şüşədə çat olduğunu və geri qayıtmaq qərarı verdiyini mərkəzə çatdırıb.
Qeyd edək, təyyarənin göyərtəsində 190-dan çox sərnişin və 14 ekipaj üzvünün olduğu bildirilir. (qafqazinfo)