"Əsəd rejimi, Rusiya, İran və Hizbullahın fəaliyyətləri Suriyanın şimalında atəşkəsin olmasının qarşısını alır".
Eurasia Diary xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo İdlibdə Əsəd rejiminin türk əsgərlərinə hücumu ilə bağlı verdiyi yazılı açıqlamada qeyd edib.
Edilən hücumu "alçaq və utanmaz" adlandıran Pompeo ABŞ-ın Türkiyənin yanında olduğunu vurğulayıb.
"Həyatını itirən türk əsgərləri ilə bağlı Türkiyə dövlətinə başsağlığı göndərir və bu hücumu şiddətlə qınayırıq”, - deyə o qeyd edib.
Xatırladaq ki, Suriyada Əsəd rejiminin İdlib bölgəsində türk qoşunlarına hücumu nəticəsində 33 türk əsgəri şəhid olub. Türkiyənin cavab olaraq endirdiyi zərbələr nəticəsində isə 309 rejim hərbçisi zərərsizləşdirilib. (qafqazinfo)