Türkiyə prezidentin sözcüsü İbrahim Kalın 16 martdan etibarən məktəb və universitetlərdə tətil olacağını bildirib.
"EDNews" trthabere istinadən xəbər verir ki, İbrahim Kalın mətbuata məlumat verib: "Türkiyədə prezident evində keçirilən iclasda tədbirlərlə bağlı müzkirələr aparılıb və qərarlar verilib.
İlk növbədə ibtidai, orta məktəblər və liseylər 16 martdan etibarən 1 həftəlik tətil olacaq. 23 Mart tarixindən başlayaraq, tələbələrin təhisili internet və televiziya vasitəsilə distant təhsil metodu ilə davam etdiriləcək. Universitetlərin isə 16 martdan 3 həftəlik tətil olunacağını bildirib".
İbrahim Kalın, koronavirusa görə Prezident Ərdoğan xaricə səfərlərini təxirə saldığını, ancaq görülən tədbirlər içərisndə Ərdoğanın Macron və Merkel görüşlərin tarix ilə əlaqədar hər hansı bir dəyişikliyinin olmadığını bildirib.
Qeyd edək ki, Türkiyədə ikinci koronavirus faktı üzə çıxıb. Bu barədəTürkiyə Səhiyyə Naziri Fahrettin Koca öz tvitter hesabından açıqlama yayıb: "Dünən axşam edilən test nəticələri kədərli bir proqnoz üzə çıxdığını və daha bir koronavirusa yoluxan xəstənin olduğunu bildirib. Bununlada Türkiyədə virus yoluxanların sayı 2 nəfərə yüksəlib.
Türkay Həsənov