İtaliyanın Milan şəhərində tibb bacısı işləyən Alessiya Bonari İtaliyada virusla mübarizənin simvoluna çevrilib.
EDNews xəbər verir ki, Boraninin paylaşdığı fotolardan üzünün maska taxmaqdan yara olduğu görünür. O, 700 mindən çox bəyənmə gələn fotosunun altına belə yazıb:
"İşə getməyə qorxuram. Maskanın üzümə tam oturmamasından, çirkli əlcəklərlə səhvən özümə toxunmaqdan, qoruyucu gözlüklərin gözlərimi tamamilə bağlamadığından və ya bir şeyin içəri girmiş olduğundan qorxuram. Fiziki olaraq yorğunam. çünki, qoruyucu vasitələr pisdir: Laboratoriya geyimi tərlədir və qoruyucu geyimi bir dəfə geyindikdən sonra 6 saat ərzində tualetə gedə bilmirəm. Xəstələrə baxmağa davam edəcəyəm. İşimlə qürur duyuram və işimi sevirəm".