Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı Ağrı, Qars və Iğdırda 1012 şəxsi heyətin iştirak etdiyi yeni "Qapan-8 Ağrı Dağı-Çemçe-Madur" əməliyyatına başlayıb.
"EDNews" trthabere istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat verib.
Daxili İşlər Nazirliyi, Ağrı-Qars-Iğdır şəhərlərinin ərazisinə daxil olan Ağrı dağı, Çemçe və Madur dağlıq bölgələrində terroristlərin gizləndiyi sığınacaqların olduğunu aşkarlanıb. Dağlarda gizlənən terroristləri zərəsizləşdirmək məqsəd ilə Türk ordusunun 1012 şəxsiheyətinin iştirak etdiyi "Qapan-8 Ağrı Dağı-Çemçe-Madur" əməliyyatının başladıldığını bildirib.
Əməliyyat çərçəvəsində terroristlərə məxsus sığınacaqlar məhv edilib.
Qeyd edək ki, əməliyyatın aparıldığı və əhalinin yarıdan çoxunu azərbaycanlılar təşkil etdiyi İğdır ərazisi ilə Naxçıvan Muxtar Respubilkası arasında sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Ağrı dağını Muxtar respubilkanın Sədərək rayonundan tam aydın şəkildə görmək münkündür.
Türkay Həsənov