Emrənistan hökümti ölkədə iki nəfərin koronavirusa yoluxması faktını təsdiqləyib.
"EDNews" tert.am istinadən xəbər verir ki, bu barədə Ermənistan hökümətinin Baş Naziri Nikola Paşinyan öz facebook səhifəsində məlumat verib.
Məlumata görə, virusa yoluxanlar xəstəxanaya yerləşdirlib. Epidemiyaya yoluxmuş 2 xəstənin yaxın zaman ərzində virus aşkarlanmış Eçmiedzin sakinləri ilə əlaqədə olduğu bildirilib. Onların bədən hərarəti yüksək oluduğundan şübhələnən həkimlər analiz götürüblər. Analizin nəticəsində koronavirusu infeksiyası aşkarlanıb.
Qeyd edək ki, martın 1-dən etibarən Ermənistan höküməti ölkə ərazisində 6 nəfərin koronavirusa yoluxdunu təsdiqləyib.
Türkay Həsənov