Türkiyənin Dəyanət işlər başçısı Əli Ərbaş ümrə ziyarətindən qayıdanlara xəbərdarlıq edib.
EdNews xəbər verir ki, Ərbaş tvitter hesabından verdiyi açıqlamada ziyarətdən qayıdan 5 300 vətəndaşın həm özlərinin, həm də ətrafdakıların sağlamlığını qorumaq üçün 14 gün müddətində evdən çıxmamalarını və ziyarətçi qəbul etməmələrini tövsiyə edib:
"Bu gün ziyarətdən son 5 300 zəvvar qayıdır. Deyilənlərə riayət etməyi tövsiyə edərdim".