UFC-nin prezidenti Deyn Uayt bildirib ki, ABŞ-ın birinci şəxsindən oyunların vaxtını dəyişmək xahişi alıb.
EdNews xəbər verir ki, Uayt bu barədə mətbuat konfransında bildirib.
"Bizim idman növü haqqında fikirləşin – biz hər zaman sağlamlıq və təhlükəsizlik çərçivələrindən çıxırıq. Mən bu barədə ABŞ Prezidenti və vitse-prezidenti ilə danışmışam. Onlar hər şeyi çox ciddi qəbul edirlər. Deyirlər ki, ehtiyatlı olaq, özümüzü qoruyaq, lakin panikayauymayaq.
Hamı təşvişə düşür, lakin biz turnirlərə davam edəcəyik. Həkimlərlə əməkdaşlıq edərək idman növümüzü daha təhlükəsiz bir vəziyyətə gətirəcəyik”.
Qeyd edək ki, UFC COVID-19 pandemiyasına görə artıq iki turnirin vaxtını dəyişdirib.(eurosport.ru)