Koronavirusla mübarizə aparan İran, indi də çəyirtkələrin hücumuna məruz qalıb.
Hətta çəyirtkələr soyuq olmasına baxmayaraq, Türkiyənin Hakkari bölgəsində də görülüb.
EDNews xəbər verir ki, Hakkarinin Yüksəkova vilayətində görünən çəyirtkənin uzunluğu 8 santimetridir. Yerli sakinlər çəyirtkələrin İraqdan bölgəyə keçə biləcəyini ehtimal edirlər.
Son zamanlar dünyanın bəzi nöqtələrində görünən çəyirtkə hücumu xüsusən də kənd təsərrüfatı üçün təhlükəli sayılır. Yayıldıqları ərazidə hər şeyi gəmirərək, istifadəyə yararsız hala gətirən çəyirtkələr quraqlıq səbəbindən daha da çoxala bilirlər. Yaz-yay mövsümündə çəyirtkələrin hücumunun artacağını bildirən ekspertlər kənd təsərrüfatına ziyan dəyməməsi üçün ərazilərin dərmanlanmasının vacibliyini vurğulayırlar.
İran'ı istila eden çekirge Hakkari'de