Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2” tipli Pilotsuz Uçuş Aparatları kompleksinin sınaq uçuşları keçirilib.
EDNews xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar ordunun arsenalına daxil edilib.
Nazirlik Suriyada Bəşər Əsəd rejiminə qarşı hücumlarda türk PUA-larının effektiv olduğunu xatırladıb.