Bu gün ABŞ da ilk peyvənd sınaqlarına start verildi.
EDNews xəbər verir ki, peyvənd sınaqlarının dörd nəfər üzərində aparılması planlaşdırılır. Peyvəndin ilk dəfə sınaqdan keçirildiyi şəxsin adı açıqlanmasa da, bu şəxsin 43 yaşlı iki uşaq anası olduğu artıq bəllidir. O, koronavirusa yoluxmayıb. Alimlər virusun genetik kodlarının dəyişdirildiyini və bu səbəbdən təcrübəyə cəlb olunan insanların koronavirusla əlaqəli sağlamlıq problemi olmayacağını vurğulayırlar. Önümüzdəki günlərdə 45 sağlam adamda sınaqlar davam etdiriləcək.
Peyvənd testlərinin müvəffəq olduğu təqdirdə, o geniş kütləyə tətbiq olunacaq. Amma bunun üçün 12-18 aylıq bir müddət nəzərdə tutulub.(CNN.COM)