ABŞ alimləri yeni növ koronavirusa qarşı hazırlanmış peyvəndin ilk dozalarını könüllülər üzərində sınaqdan keçirib.
EDNews xəbər verir ki, peyvəndi sınayan ilk şəxs Jennifer Haller olub.
“Özümüzü çarəsiz hiss edirdik. Bir şey etdiyim üçün çox xoşbəxtəm” deyib.
Kovid-19 əleyhinə peyvəndin ilk sınağının bu gün edildiyini bildirən ABŞ prezidenti Tramp “Bu, tarixdəki ən sürətli hazırlanmış vaksinlərdən biridir” deyib.
İngiltərənin BBC telekanalının verdiyi xəbərə görə, peyvənd 4 nəfər üzərində sınaqdan keçirilib.
Peyvəndin ilk dəfə sınaqdan keçirildiyi şəxsin adı açıqlanmasa da, 43 yaşlı iki uşaq anası olduğu deyilir.
Elm adamları virusun genetik kodlarının dəyişdirildiyini və bu səbəbdən təcrübəyə cəlb olunan insanların koronavirusla əlaqəli sağlamlıq problemi olmayacağını vurğulayırlar.
ABŞ Prezidenti Donald Tramp anti-koronavirus tapşırıq qrupu ilə Ağ Evdə mətbuat konfransı keçirib.
“Virusun yayılmasının qarşısını almaq üçün virusla mübarizədə çox vacib bir rol oynayırıq” deyib Tramp.
“Amerikalılar 10 nəfərdən çox qrupda bir araya gəlməməlidir, kafe və restoranlardan uzaq durmalı və mümkünsə səyahət etməməlidir” prezident əlavə edib.