Koronavirusa yoluxan tanınmış aparıcı Burak Akkul xəstəliyə necə yoluxduğu barədə açıqlama verib.
EDNews ölkə.az-a istinadən bildirir ki, aparıcı ''Twitter'' hesabında koronavirus şübhəsi ilə İstanbulda karantinə alındığını elan edib.
Koronavirus testi pozitiv çıxan Akkul xəstəliyə necə yoluxduğunu canlı yayımda danışıb. Canlı verilişə telefonla zəng edən Akkul xəstəliyin ilk dəfə quru öskürəklə başladığını deyib.
O, müalicə üçün adi vaxta qəbul olunan dərmanlardan istifadə etdiyini, lakin temperaturunun gün içində bir neçə dəfə dəyişdiyini qeyd edib. O, xəstəliyə necə yoluxduğu haqda danışaraq ''4 martda İngiltərəyə getmişdik. Bir neçə gün sonra quru öskürək və qızdırma başladı. Məndə ildə iki dəfə öskürək olduğu üçün ciddi yanaşmadım. Evə gələndən sonra daha da ağırlaşdım. Etdiyim test pozitiv çıxdı. İndi qızdırmam və quru öskürəyim yoxdu, amma 6 gündür bu xəstəliklə mübarizə aparıram. Kimdən necə yoluxduğunu isə bilmək mümkün deyil'' deyib.