Onlayn satış nəhəngi "Amazon" şirkəti ABŞ-da 100 min yeni işçi qəbul edəcək.
EDNews xəbər verir ki, buna səbəb koronavirus səbəbindən internet üzərindən alış-verişlərin həddən artıq çoxalmasıdır. Xüsusən gigiyena məhsullarının mağazalara paylanması və sifarişlərin evlərə çatdırılması üçün işçilərə ehtiyac duyan "Amazon"dan edilən açıqlamada bu işçilərin virus bitənə qədər işləyəcəkləri qeyd edilib.
Qeyd edək ki, həmçinin "Albertsons", "Kroqer" ve "Raley's" kimi firmalar da yeni işçilər qəbul edirlər.(cnn.com)