Ermənistan Respubilkasında Konustitusiya dəyişikliklərin edilməsi ilə bağlı keçirilməsi planlaşdırılan qanun layihəsinin referenduma çıxarılması təxirə salınıb.
"EDNews" tert.am istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası bəyanat verib.
Bəyanatda deyilir ki, seçkilərin keçirilməməsinə səbəb Ermənistan Respublikası Hökumətinin 16.03.2020-ci il tarixindən Ermənistan Respublikasında koronavirusun surətlə yayılması nəticəsində fövqəladə vəziyyət elan etməsidir. Ermənistan "Referendumla əlaqədar" Mərkəzi Seçki Komissiyası bildirir ki, Ermənistan Respublikasında konstitusiya dəyişiklikləri ilə bağlı referendumun hazırlanması və keçirilməsi məqsədi ilə görülən bütün işlər, proseslər və fəaliyyətlərə son qoyulub.
Qeyd edək ki, təxirə salınan referendumda Ermənistan Konstitusiyasına “Mənim addımım” fraksiyası tərəfindən hazırlanmış düzəlişlərə əsasən, Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin səlahiyyətlərinə xitam verilməsi nəzərdə tutulur.
Bu dəyişikliklər 9 hakimdən ikisinə – Vaqe Qriqoryanla Armen Dilanyana şamil edilmir.
Digər 7 hakim və sədr Qrayr Tovmasyan isə yeni düzəlişlərin əsas hədəfindəndir.
Türkay Həsənov