Ermənistanda son məlumatlara əsasən 78 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.
"EDNews" tert.am-a istinadən xəbər verir ki, Ermənistanda virusa yoluxanların sayı 78-ə çatıb. 600 insan karantində saxlanılır, bir nəfər isə müalicəsi tamamlanaraq evə buraxılıb.
Qeyd edək ki, Ermənistan hökuməti 16 martda koronavirusa yoluxanların ölkədə 30 nəfər olduğu bildirmişdi. Bu səbəbdən bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət elan edilməsinin ardınca keçirilməsi planlaşdırılan referendum koronavirusa görə təxirə salınıb.
Türkay Həsənov