CNN telekanalının Filippindəki ofisində bu gün işçilərdən birində koronavirusa yoluxma təsdiqləndikdən sonra yayım dayandırılıb.
EDNews xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.
Bildirilir ki, mümkün olan ən qısa zamanda bina tamamilə dezinfeksiya ediləcək və yayım ən azı 24 saat müddətinə dayandırılacaq.
Xəbər və məlumatlar müvəqqəti olaraq sosial platformalar vasitəsilə təqdim olunacaq.
Son məlumatlara görə, Filippində 202 yoluxma halı təsdiqlənib, 14 nəfər ölüb.