Ümumdünya Ərzaq Proqramının (ÜƏP) rəhbəri Devid Bisli koronavirusa yoluxub.
EdNews TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında dərc olunan bəyanatda bildirilib.
"Bir neçə saat əvvəl COVID-19 ilə bağlı keçdiyim testin müsbət nəticələrini aldım. Kanadaya rəsmi səfərdən sonra ABŞ-a qatıdarkən narahatlıq hiss etdim", - D.Bisli qeyd edib.
O, hazırda özünü yaxşı hiss etdiyini deyib.