ABŞ qlobal səyahət xəbərdarlığını 4-cü səviyyəyə qaldıraraq vətəndaşlarını ölkədən çıxmamağa, xaricdə olanların isə ölkəyə qayıtmasına çağırış edib.
EdNews xarici mediaya istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyindən verilən açıqlamada Covid-19 virusu səbəbindən amerikalılara səyahətlərini təxirə salmaları tövsiyə edilib.
Qeyd edək ki, ABŞ-da koronavirus səbəbindən ölənlərin sayı 154 nəfərdir. Virusa yoluxanlar 10 min 755 nəfərdir.