Türkiyədə koronavirusdan ölənlərin sayı 9-a çatıb.
"EDNews" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
O qeyd edib ki, son 24 saatda koronavirusla bağlı 3656 test edilib:
“Onlardan 311-nin nəticəsi pozitiv olub. Yaşlı və zəif 5 xəstəmiz həyatını itirdi. Bu günədək 9 nəfər koronavirusdan ölüb. Hamısı yaşlılardır. Onları qorumalıyıq”.
İsraildə koronavirusa yoluxan xəstələrdən 1 nəfər ölüb. Bu ölkədə koronavirusda ilk ölüm hadisəsidir.
“The Jerusalem Post” nəşri ölkənin Səhiyyə Nazirliyinə istinadən yazıb ki, ölən şəxs 88 yaşında Şaare-Zedek şəhərində dünyasını dəyişib.
Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına əsasən qeyd edək ki, dünya üzrə koronavirus xəstəliyindən ölənlərin sayı 11,406 nəfərdir.
91,952 nəfər xəstəlikdən sağalıb.
Epidemiya ümumilikdə 185 ölkədə yayılıb.