ABŞ Energetika Nazirliyinin rəsmiləri Tramp administrasiyasını neft qiymətlərinin tənzimlənməsi məqsədiylə Səudiyyə Ərəbistanı ilə alyans yaratmağa razı salmağa çalışırlar.
"EDNews" xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti öz mənbələrinə istinadən yayıb. Məlumata görə, planın müdafiəçiləri neft qiymətlərinin stabilləşməsinin və bundan sonrakı çöküşün qarşısını almağın tərəfdarlarıdır. Mənbə bu ideyanın gerçəkləşəcəyi halda ABŞ-ın Ər-Riyad-Moskva yaxınlaşmasına zərbə vuracağını bildirib.