Daşkənddə koronavirusla mübarizə tədbirləri çərçivəsində bir ay müddətində 3 xəstəxana tikiləcək.
"EDNews" azərtaca istinadən xəbər verir ki, bu barədə Özbəkistan parlamenti Ali Məclisi və Senatının birgə iclasında Senatın sədri Tənzilə Narbayeva məlumat verib.
O deyib: “Biz bütün dünyada koronavirusun dinamikasını müşahidə edirik. Xəstəlik ancaq səhiyyə sahəsinin problemi deyil, artıq ölkələrin iqtisadiyyatına, sosial sahəyə nüfuz edir, adamların əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Belə bir vaxtda bu prosesdən kənarda qalmaq olmaz.Özbəkistan Prezidenti Şavkat Mirziyoyev videoselektor müşavirəsi zamanı əhaliyə müraciət edib ki, koronavirusla bağlı panika və həyəcana heç bir əsas yoxdur. Bizim kifayət qədər dərman və ərzaq ehtiyatımız var. Prezident müşavirədə koronavirusla mübarizə üçün qısa müddətdə Daşkənddə 3 xəstəxana tikilməsinə dair göstəriş verib”.