Koronovirusa qarşı mübarizə tədbirləri çərçivəsində Türkiyə bu gün yerli vaxtla saat 17.00-dan etibarən daha 46 ölkə ilə sərhədlərin müvəqqəti bağlanmasına qərar verib.
"EDNews" xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsindən bildirilib.
Qeyd edilib ki, qərar ölkənin Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən şura tərəfindən qəbul edilib.
Beləliklə, Türkiyənin sərhədlərini bağladığı ölkələrin sayı 68-ə çatıb.