Türkmənistan bölgədəki qonşulardan fərqli olaraq, koronavirusa baxmayaraq Novruz Bayramını kütləvi tədbirlərlə qeyd etməkdən imtina etməyib.
"EDNews" “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, iki gün, martın 21-22-də Türkmənistanda bayram şənlikləri keçirilir.
Bu gün, şənliklərdə prezident Qurbanqulu Berdiməhəmmədov da iştirak edib. Ölkənin hər yerində kütləvi ağacəkmə aksiyası keçirilir.
21 Martda Aşqabad yaxınlığındakı Novruz Vadisində də şənliklər başlayıb.