Fransada son 24 saat ərzində yeni növ koronavirusa yoluxanların sayı 1,8 mindən çox artıb.
EdNews xəbər verir ki, bu barədə ölkənin İctimai İşlər və Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
Açıqlamada qeyd olunur ki, hazırda virusa yoluxanların sayı 14459 nəfərə çatıb.
Ölənlərin sayı isə 112 nəfər artaraq 562 nəfər olub.