Almaniya kansleri Angela Merkel karonavirus şübhəsi ilə karantinə alınıb.
EDNews xarici mediaya istinadən xəbər verir ki, bu barədə kanslerin mətbuat katibi Steffen Seibert məlumat verib.
Steffen Seibert bildirib ki, bir neçə gün öncə pnevmaniya infeksiyası ilə bağlı Angela Merkelə peyvənd edən həkimdə virusa yoluxma aşkar edilib. Həkim martın 20-də Almaniya kanslerinə peyvənd edib.
Steffen Seibert qeyd edib ki, qarşıdakı günlərdə Angela Merkel müvafiq yoxlamalardan keçəcək və evdən iş fəaliyyətinə davam edəcək.