Türkiyədə son bir sutkada daha 9 nəfər koronavirusdan dünyasını dəyişib.
"EDNews" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində bildirib.
Fəxrəddin Qoca bildirib ki, bu gün koronavirusdan 9 nəfər həyatını itirib, daha 289 nəfərdə isə koronavirus aşkarlanıb.
Qeyd edək ki, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 30-a çatıb. Ölkə üzrə virusa ümumilikdə 1256 nəfər yoluxub.