Koronavirusun müalicəsində bu dərman ölümə səbəb ola bilər | Eurasia Diary - ednews.net

4 Aprel, Şənbə


Koronavirusun müalicəsində bu dərman ölümə səbəb ola bilər

Dünya A- A A+

"Xloroxin" (Chloroquinum) dərman preparatı yeni tip koronavirusun müalicəsində ölümcül təhlükəlidir.

EdNews bildirir ki, bu barədə "Banner Health" qeyri-kommersiya səhiyyə təşkilatının saytında dərc olunan press-relizdə məlumat verilib.

Məlumatda vurğulanıb ki, koronavirusa yoluxma zamanı malyariyanın müalicəsi və qarşısının alınması üçün nəzərdə tutulan "xloroxin"i qəbul etmək yolverilməzdir.

"İnsanların infeksiyanın qarşısını almaq və ya müalicə etmək üçün yeni yollar axtarmağa çalışdıqlarını başa düşürük, ancaq özünümüalicə bu problemi həll etmir", - deyə ABŞ-ın Arizona ştatının Feniks şəhərindəki tibb mərkəzinin direktoru Daniel Bruks bildirib.

Xəbərdarlıq 60 yaşlı cütlüyün tərkibində "xloroxin" olan dərmanı qəbul etməsindən sonra dərc olunub. Onlar Donald Trampın iştirak etdiyi mətbuat konfransında bu dərmanın faydası barədə eşidiblər. Bu vaxt yadlarına düşüb ki, akvariumu təmizlədikləri vasitənin tərkibində "xloroxin" var. Cütlük ibtidai tədbir kimi bu preparatdan az miqdarda qəbul edib.

"Biz koronavirusa yoluxmaqdan çox qorxurduq", - deyə qadın etiraf edib. Onun sözlərinə görə, dərman qəbul etdikdən 20 dəqiqə sonra halları pisləşib. 

"Mən qusmağa başladım, yoldaşımın isə nəfəs almasında problem yarandı", - deyə qadın bildirib.

Yarım saat ərzində onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Kişinin həyatını xilas etmək mümkün olmayıb. Ağır vəziyyətdə olan qadın isə həkimlərin nəzarəti altındadır.

Həkimlər vətəndaşlara özbaşına dərman müalicəsini qəti şəkildə qadağan edir və koronavirus əlamətləri görünərsə, dərhal təcili yardımla əlaqə saxlamağı məsləhət görürlər. 

Onlar, həmçinin, tibb işçilərini bu dərmanı xəstələrə təyin etməməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...