İranda xüsusi karantin rejimi elan olunub | Eurasia Diary - ednews.net

9 Aprel, Cümə axşamı


İranda xüsusi karantin rejimi elan olunub

Dünya A- A A+

Koronavirus təhlükəsi ilə əlaqədar İranda xüsusi karantin rejimi elan olunub.

EdNews xəbər verir ki, bu barədə İran Daxili İşlər nazirinin müavini Hüseyn Zülfüqari bildirib.

H. Zülfüqari deyib ki, bu gündən bütün səfərlər ləğv olunur.

"Bütün parklar, təhsil müəssisələri bağlanacaq.İnsanların toplaşdığı bütün tədbirlər qadağan olunur”, - deyə nazir müavini vurğulayıb.

O qeyd edib ki, qaydaları pozan sürücülərin avtomobili saxlanılacaq və 500 min tümən məbləğində cərimə olunacaq, qaydaları pozan məişət obyektləri və mağazalar isə bir ay müddətinə bağlanacaq. (apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...