Tramp G20 sammitində iştirak edəcək | Eurasia Diary - ednews.net

8 Aprel, Çərşənbə


Tramp G20 sammitində iştirak edəcək

Dünya A- A A+

ABŞPrezidenti Donald Tramp koronavirusla mübarizəyə həsr olunmuş G20 sammitində iştirak edəcək.

EdNews xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Gidlininyaydığı açıqlamada bildirilir.

"Tramp koronavirus pandemiyasına qarşı beynəlxalq reaksiyaların koordinasiya edilməsi üçün davam edən səylərin bir hissəsi olaraq sabah (cümə axşamı) G20 liderləri ilə videokonfransda iştirak edəcək”, - açıqlamada belədeyilir.

G20 sammiti videokonfrans formatında keçiriləcək. Bu müddətdə koronavirusun yayılması və pandemiyanın iqtisadi nəticələrinə qarşı mübarizə üçün koordinasiya məsələləri müzakirə ediləcək. Sammitə Səudiyyə Ərəbistanı sədrlik edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...