Şimali Koreya hakimiyyəti koronavirusa qarşı mübarizə məqsədi ilə beynəlxalq ictimaiyyətdən yardım istəyib.
EdNews xəbər verir ki, məlumatı “Financial Times” yayıb.
Bildirilib ki, Şimali Koreyada virusun testi üçün vasitə azdır.
“Bu səbəbdən hakimiyyət vəziyyətdən çıxmaq üçün bütün beynəlxalq təşkilatlara müraciət edib”,-qəzet yazıb.
Məlumata görə, hakimiyyət yardımla bağlı müraciəti gizli edib.
Xatırladaq ki, Şimali Koreya hakimiyyəti indiyədək koronavirusa yoluxanlarla bağlı məlumat açıqlamayıb. Bununla belə ölkə koronavirusun yoluxması üçün əlverişli ərazidə
yerləşir.