İraqın şimalında və Suriyada 13 terrorçu zərərsizləşdirilib | Eurasia Diary - ednews.net

2 Aprel, Cümə axşamı


İraqın şimalında və Suriyada 13 terrorçu zərərsizləşdirilib

Dünya A- A A+

Türkiyə hərbçilərinin Suriya ərazisində "Fırat qalxanı” antiterror əməliyyatları keçirildiyi bölgədə PKK/YPG terror təşkilatlarının 5 üzvü məhv edilib.

EdNews xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. İraqın şimalındakı Haftanin bölgəsində isə 8 PKK mənsubu zərərsizləşdirilib. Bu əməliyyat bölgədə iki türk hərbçisinin həlak olması ilə nəticələnən terrorçuların top atəşi atdıqları nöqtələrin susdurulması məqsədilə keçirilib.

Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalında və Suriya ərazisində olduğu kimi ölkə daxilində də antiterror əməliyyatlarını davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...