Özbəkistanda 11 həkim koronavirusa yoluxub | Eurasia Diary - ednews.net

3 İyun, Çərşənbə


Özbəkistanda 11 həkim koronavirusa yoluxub

Dünya A- A A+

Özbəkistanda koronavirus xəstələrinin müalicə olunduğu Elmi-Tədqiqat Virusologiya İnstitutunun 11 həkimi koronavirusuna yoluxub.

EdNews xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev koronavirusla mübarizə tədbirlərinə dair keçirdiyi videoselektor müşavirəsində məlumat verib.

Dövlətin başçısı deyib ki, həmin həkimlər 100 milyon sum (10,5 min dollar) məbləğində birdəfəlik kompensasiya alacaqlar.

Xatırladaq ki, Özbəkistanda koronavirusa yoluxanların sayı 65 nəfərdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...