Koronavirus pandemiyası ilə bağlı Avropada ümidverici əlamətlər müşahidə olunur | Eurasia Diary - ednews.net

3 İyun, Çərşənbə


Koronavirus pandemiyası ilə bağlı Avropada ümidverici əlamətlər müşahidə olunur

Dünya A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının yayılması ilə bağlı Avropada ümidverici əlamətlərin müşahidə olunduğu qənaətindədir.

EdNews xəbər verir ki, təşkilatın Avropa bürosunun rəhbəri Hans Kluqe mətbuata verdiyi açıqlamada vəziyyətin gərgin olduğu indiki şəraitdə gedişatın yaxşıya doğru dəyişəcəyinə ümid verən bəzi əlamətlərin də olduğunu qeyd edib. Belə ki, hazırda pandemiyanın ən çox tüğyan etdiyi İtaliyada yoluxmanın artım tempinin yavaşlaması müşahidə olunur.

ÜST-ün regional bürosunun rəhbəri bildirib ki, hazırda İtaliyada pandemiyanın pik həddə çatdığını söyləmək tezdir. Mütəxəssislərə görə, bu ölkədə yoluxmaların artım tendensiyasının başa çatmasına ən azı bir həftə vaxt var. Hazırda əsas hədəf infeksiyaya yoluxma tempini mümkün qədər yavaşlatmaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...