Moskvada bir sutkada koronavirusa 114 yoluxma halı qeydə alınıb.
"EDNews" xəbər verir ki, məlumatı yerli operativ qərargah yayıb.
Bildirilib ki, martın 28-dək Moskada 817, Moskva vilayəti üzrə 36 yoluxma hadisəsi qeydə alınıb.
Məlumata əsasən, ötən sutka ərzində Rusiya üzrə 228 nəfər yoluxub. Martın 28-dək ölkə üzrə yoluxanların sayı 1 264 nəfərə çatıb. (report.az)