Birləşmiş Millətlər Təşkilatının verdiyi rəsmi məlumata görə son gündə onun dünya üzrə 86 heyət üzvündə artıq COVID-19 virusu aşkar olunub.
EDNews -un rəmi mənbələrə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin sözçüsü Stephane Dujarric deyib. O bildirib ki, yoluxmuş heyət üzvlərinin əksəriyyətinin Avropada olması ilə yanaşı, Afrika, Asiya, Yaxın Şərq və ABŞ-da da koronavirusa yoluxan personalın olduğu rəsmi olaraq qeydə alınıb.
O, həmçinin yayılmanın qarşısını almaq məqsədilə, BMT işçilərinin böyük əksəriyyətinin evdən işlədiyini söylədi.
Dujarric, BMT-nin Nyu Yorkdakı qərargahında, adi günlərdə keçid qeydiyyatının verdiyi statistik rəqəmə görə 11000 nəfəri göstərdiyi təqdirdə bu rəqəm hazırda kəskin düşərək 140-a enib.
Eləcə də Cenevrədə, BMT ofisindəki işçilərin sayının normal bir gündə 4000 nəfər olması ilə müqaisədə, cümə axşamı günü bu rəqəmin təxminən 70 nəfərə düşdüyünü vurğuladı.
Vyanada, BMT işçilərinin 97 faizindən çoxunun, eləcə də Efiopiyanın Əddis-Əbəbə şəhərində işçilərin 99 faizinin indi evdən çalışdıqlarını da BMT sözçüsü əlavə etdi.