Türkiyədə koronavirusdan ölənlərin sayı artıb | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Türkiyədə koronavirusdan ölənlərin sayı artıb

Dünya A- A A+

Türkiyədə Yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 108 nəfərə çatıb. Onların 16-sı martın 28-də vəfat edib.

EdNews  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilir ki, bu gün ümumilikdə 7 min 641 nəfər üzərində müayinə aparılıb. Onlardan 1704 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə, ölkə üzrə 7 min 402 nəfər infeksiyadan müalicəyə cəlb olunub. Xəstələrdən 445 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 28-dən etibarən Türkiyədə COVID-19 ilə mübarizə tədbiləri daha da sərtləşdirilib. Ölkə üzrə şəhərlərarası və yaşayış məskənləri daxilindəki nəqliyyatın hərəkəti 80 faiz məhdudlaşdırılıb. Ölkə əhalisindən rəsmi və ictimai qaydalarla "Evdə qal!” çağırışına əməl etmək tələb olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...