Çinin Uhan şəhərində karantin rejimi yumşaldılıb | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Çinin Uhan şəhərində karantin rejimi yumşaldılıb

Dünya A- A A+

Çinin Hubey əyalətinin paytaxtı Uhan şəhərində karantin rejimi yumşaldılıb.

EdNews xəbər verir ki, 2 ay davam edən təcriddən sonra şəhər qismən açıq rejimə keçirilib.

Şənbə günü Uhan dəmiryol stansiyasında sərnişinlər görüntülənib. Məlumatlara əsasən, insanlara şəhərə daxil olmaq icazəsi verilib.

Qeyd edək ki, Uhanda 50 mindən çox adamda koronavirusa yoluxma hadisəsi qeydə alınmışdı.

Hubeydə ən azı 3000 insan bu xəstəlikdən ölüb.

Lakin Çin rəsmi statistik məlumatlarına görə, bu göstəricilər kəskin şəkildə aşağı düşüb.

Şənbə günü yayılan məlumata əsasən, bir gün əvvəl 54 yeni yoluxma hadisəsi qeydə alınıb. Yoluxanların hamısının xaricdən gələnlərdə aşkar olunduğu bildirilib.

Koronavirusun xaricdən ölkəyə gətirilməsinin qarşısı kəsmək üçün Çin bütün xarici qonaqlara, vizaları və ya yaşama icazələri olsa belə, müvəqqəti olaraq ölkəyə daxil olmağı qadağan edib.

Çin və xarici hava yollarının uçuşları həftədə bir dəfəyə endirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...