Polşa prezidenti Ancey Duda etiraf edib ki, koronavirus epidemiyası ilə əlaqədar may ayına təyin olunan prezident seçkiləri təxirə salına bilər.
EdNews-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Polşada prezident seçkilərinin birinci turu mayın 10-a təyin olunub.
Müxalifətin etirazlarına baxmayaraq, hökumət seçkiləri keçirməkdə israrlıdır.
“Seçkilərin vaxtı təyin edilib və bizdən heç kəs bu il mayın 10-da, yəni ay yarım sonra nə baş verəcəyini dəqiq bilmir”, - Duda Polşa televiziyasının efirində deyib.
“Əgər epidemiya bu cür davam etsə, o zaman seçki vaxtı təxirə salına bilər”, -o, əlavə edib.