Fransanın sabiq sənaye naziri, O-de-Sen-Patrik departamentinin şura sədri Patrik Devecyan koronavirusdan ölüb.
EdNews xəbər verir ki, siyasətçinin 75 yaşı olub.
Patrik Devecyan Fransada erməni diasporunun əsas simalarından biri olub. Məhzonun fəallığı sayəsində Fransa parlamenti 2001-ci ildə qondarma “erməni soyqırımı”nı tanımışdı.
Hazırda Fransada 37 575 koronaviruslu xəstə var. Ölənlərin sayı isə 2314-ə çatıb.