İtaliyada koronavirusa yoluxmanın kütləvi şəkil aldığı iki şəhərdən biri Berqamo yaxınlığındakı klinikada çalışan rus reanimotoloq həkim dünyaya səslənib.
EDNews xəbər verir ki, İtaliyada vəziyyətin çox qorxulu olduğunu, artıq 24 həmkarının dünyasını dəyişdiyini söyləyən həkim hamını evdə qalmağa çağırıb:
Bu tətil deyil, bu müharibədir. Küçədəki virus sizin üçün güllə və qəlpə kimi təhlükəlidir. Evdə oturmalı və aranızda bir metr məsafə saxlamalısınız.
Berqamodan hərbi maşınlar insan tabutları daşıyır. Bu meyitlər 300 metrdən az məsafədə dəfn edilə və ya krematoriyada yandırıla bilməz. Qohumları və tanışları dünyasını dəyişən şəxslərlə vidalaşa bilmir və onlar ölən yaxınlarının harada olduğunu bilmirlər.
Bunların niyə baş verməsi məni də düşündürür. Yanvar ayında əhaliyə evdə qalmaları deyildi. Yanvarın birinci həftəsi burada Moda həftəsi keçirildi. Bu tədbirə ruslar və çinlilər gəlmişdilər.
19 fevralda Milanda futbol matçı keçirildi. Bura Berqamodan futbol azarkeşləri gəlmişdilər. Və nəticədə indi Milan və Berqamo karonavirusun ən geniş yayıldığı virus ocaqlarıdır. Daha sonra isə İspaniyada da futbol matçı keçirildi və beləcə virus sürətlə yayıldı. Epidemiologiyanın qanunudur. Evdə oturun.