Portuqaliyada məktəbli koronavirusdan dünyasını dəyişib.
EdNews xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Marta Temido məlumat verib. Ölən şəxs Ovar şəhərinin 14 yaşlı sakinidir. Yeniyetmənin koronavirus analizinin nəticəsindən əvvəl immun çatışmazlığı problemi də olub.
Qeyd edək ki, ölkədə koronavirusdan 119 nəfər ölüb.(qafqazinfo)