Ərdoğan 7 aylıq maaşını koronavirusla mübarizə fonduna bağışladı - VİDEO | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Ərdoğan 7 aylıq maaşını koronavirusla mübarizə fonduna bağışladı - VİDEO

Dünya A- A A+

Türkiyədə koronavirusla mübarizəyə dəstək məqsədilə “Biz bizə yetərik, Türkiyəm!” şüarı ilə milli həmrəylik kampaniyasına start verilib.

"EDNews" bildirir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun Tarabya meydanındakı Huber köşkündə nazirlərlə keçirilən videokonfransdan sonra verdiyi açıqlamada deyib.

O, kampaniyanı açıq elan edərək 7 aylıq maaşını yardım fonduna ayırdığını deyib.

Nazirlər və deputatlar da kampaniyaya qoşularaq ianə ediblər.

Ərdoğan bəyan edib ki, kampaniyanın keçirilməsində əsas məqsəd çətin vəziyyətdə qalan vətəndaşlara yardım etməkdir. Türkiyə Prezidentinin sözlərinə görə, ölkənin hər bir bölgəsində ehtiyacı olan insanlar müəyyən ediləcək və yığılan vəsaitlər onlar üçün xərclənəcək.

Xatırladaq ki, ölkədə hər gün on min nəfər koronavirus testindən keçirilir, 39 yaşayış məntəqəsi karantinə alınıb.

Hazırda ölkənin 41 şəhərində yerləşən tələbə yataqxanalarında 21 min 500 vətəndaş karantindədir.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...