Avropa Komissiyası (AK) koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan da daxil olmaqla "Şərq Tərəfdaşlığı" ölkələrinə 140 milyon avro yardım paketi ayırıb.
"EDNews"un məlumatına görə, bunu Avropa Komissiyasının nümayəndəsi Ana Pisonero bu gün Brüsseldə keçirilən brifinqdə deyib.
Tədbirdə o da bildirilib ki, Avropa Komissiyası həmçinin təxminən 700 milyon avro dəyərində olan mövcud alətlərinin istifadəsini koronavirus böhranının sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına yönəltməyi planlaşdırır.
Xatırladaq ki, COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) də Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıblar.