Ermənistan parlamentində hakim fraksiyanı təmsil edən iki deputat koronavirusa yoluxub.
"EDNews" Modern.az-a istinadən xəbər verir ki, onlar Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə gəlmək istəyirmiş. Bunun üçün koronavirus testindən keçiblər və nəticə müsbət olub. Ona görə də parlamentdəki hakim “Mənim addımım” fraksiyasından olan deputatlar Qarabağa gələ bilməyib.
Qeyd edək ki, Ermənistan ordusunda da koronovirusa yoluxnlar var. Ümumi ölkə ərazisində 532 nəfər virusa yoluxub, 3 Ermənistan vətəndaşı isə ölüb.