Avropa İttifaqı yeni növ koronavirus epidemiyası ilə mübarizə çərçivəsində 37 milyard avro məbləğində fondun yaradılması və uçuş icazəsi qaydalarının təxirə salınması ilə bağlı təcili tədbirləri təsdiqləyib.
EdNews xəbər verir ki, Avropa İttifaqı Şurası yeni növ koronavirus epidemiyası ilə bağlı xüsusi tədbirləri ehtiva edən tənzimləmələri təsdiqləndiyini açıqlayıb.
Məlumata görə, Avropa ittifaqına üzv olan ölkələr yaradılan fondla səhiyyə sistemini və xəstəxanaları dəstəkləyə biləcək.
Qeyd edək ki, fəbii fəlakətlərlə əlaqədar yaradılan Aİ Həmrəylik Fondu Covid-19 kimi fövqəladə hallarda da istifadə edilə biləcək.
Aviaşirkətlərin riayət etməli olduğu Aİ uçuş icazələri ilə bağlı qaydalar martın 1-dən oktyabr ayının 24-dək təxirə salınacaq.
Bu tənzimləmələr Avropa İttifaqının rəsmi qəzetində dərc edildikdən sonra aprelin 1-dən qüvvəyə minəcək.(trtazərbaycan)