Polisdən qurtulmaq üçün öskürməyə başladı: - “Koronavirus deyiləm” deyərək yalvardı" | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Polisdən qurtulmaq üçün öskürməyə başladı: - “Koronavirus deyiləm” deyərək yalvardı"

Dünya A- A A+

İstanbulda turistlərin pasportlarını oğurlamaqda şübhəli bilinən şəxs koronavirus bəhanəsinə əl atıb.

EdNews xəbər verir ki, bu barədə "HaberGlobal” məlumat yayıb.

İran əsilli şəxs polis tərəfindən yaxalandıqdan sonra öskürərək, polisləri koronavirusa yoluxduğuna inandırmağa çalışıb. Polis əməkdaşları ehtiyat tədbiri kimi tibbi yardım xidmətinə müraciət edib.

Əraziyə gələn xüsusi qoruyucu geyimli tibbi heyət şübhəli şəxsin temperaturunu ölçüb. Temperatur aşağı olsa da, şübhəlinin xəstəxanaya aparılması qərara alınıb.

İran əsilli şəxs bu dəfə də xəstəxanaya getmək istəməyib. Şübhəli təcili yardım maşınına mindirilərkən, polisə "vallah, koronavirus deyiləm” deyərək yalvarıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...