BMT: - Pandemiya II Dünya müharibəsindən sonra ən böyük böhrandır | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


BMT: - Pandemiya II Dünya müharibəsindən sonra ən böyük böhrandır

Dünya A- A A+

Koronavirus pandemiyasının ciddi sosial-iqtisadi təsirləri olacağını söyləyən BMT-nin Baş katibi Antonio Quterreş böhrana qarşı qlobal miqyasda görülən tədbirlərin yetərli olmadığını bildirib.

EdNews “Deutsche Welle”yə istinadən xəbər verir ki, A.Quterreş koronavirus pandemiyasının İkinci Dünya müharibəsindən sonra yaşanan ən böyük böhran olduğunu açıqlayıb.

Baş katib beynəlxalq ictimaiyyəti pandemiya və COVID-19 xəstəliyinin səbəb olduğu sosial-iqtisadi dağıntıya qarşı daha güclü və təsirli şəkildə mübarizə aparmağa çağırıb: “Bu da yalnız hamı bir araya gələrsə, siyasi oyunları bir yana qoyub insanlığın təhlükədə olduğunu başa düşərsə, mümkün olacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...