İtaliyanın Ferrara və ətrafındakı ərazilərində yaşayan sakinlərində COVİD-19 virusuna qarşı immunitet aşkarlanıb.
EdNews-un Lenta.ru-ya istinadən verdiyi məlumatına görə, bu barədə La Nuova Ferrara nəşri xəbər yayıb.
Belə ki, Emilia-Romanya əyalətində 14 mindən çox, Ferrarada isə cəmi 307 yeni növ koronavirusa yoluxan var. Bu məlumatları Mülki Müdafiə xidmətinin komissarı Serjio Venturi təsdiqləyib. Onun sözlərinə görə, digər əyalətlərlə müqayisədə Ferrara koronavirusa qarşı müqavimət göstərə bilir.
Daha əvvəl Minnesota Universitetinin tədqiqatçıları rentgen kristalloqrafiyasının vasitəsi ilə koronavirus və Ace-2 hüceyrə zülallarının üçölçülü sxemlərini əldə ediblər. Bu model alimlərə infeksiyanın replikasiyası baş verərək bir şəxsdən digərinə keçməsinə qədər SARS-CoV-2-ni neytrallaşdıran potensial dərmanlar tapmaqda kömək edəcək.