ABŞ-da koronavirusdan ölənlərin sayı 4 000-i ötdü | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


ABŞ-da koronavirusdan ölənlərin sayı 4 000-i ötdü

Dünya A- A A+

ABŞ-da koronavirus infeksiyasından ölənlərin sayı 4000-i keçib.

EdNews  xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ölkədə virus qurbanlarının sayı 4079 nəfər çatıb. Qeyd alınmış koronavirus daşıyıcılarının sayı isə 190 000-ə yaxınlaşıb.

ABŞ virusa yoluxanların rəsmi sayına görə dünyada 1-ci, qurbanların sayına görə isə 3-dür.

Qeyd edək ki, ABŞ-da koronavirusa ilk yoluxma faktı yanvarın 21-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 859400-ü ötüb. Bunların 178 322 nəfəri sağalıb, 42335 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...